Azərbaycanlı İrəvanda meydan oxudu: Xüsusi xidmət orqanları hanı? – Video

  • 14:26 - 26 Fevral

Bir qrup azərbaycanlı İrəvanda çəkiliş aparıb.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, sosialı şəbəkələrdə yayılan görüntülərdə Ermənistan paytaxtının zəif işıqlandırılması, dağılmaq təhlükəsi altında olan yaşayış binaları əksini tapıb.

“Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var. Erməni xüsusi xidmət orqanları, nədənsə, çox pis işləyirsiz. Bu kimdir? (qarşıdakı heykəli göstərir - red) Hətta işıqlandırmırlar ki, bunun kim olduğunu bilək”, - videoda qeyd olunub.

Qeyd edək ki, çəkiliş aparanlar üçüncü ölkənin vətəndaşı olan azərbaycanlılardır. Videonun sosial şəbəkələrdə məşhurluq qazanmasından sonra ermənilər təşvişə düşüb. Hətta çəkilişin müəllifini Azərbaycan xüsusi xidmət orqanlarının casusu olmaqda ittiham ediblər.


FkvAuYEfGB4

Oxunma sayı: 4412

Oxşar yazılar