Gülnarə Kərimova: “İsveçrə bank hesablarımdakı 686 milyon dollarımdan imtina etməyə hazıram, əgər...”

  • 14:19 - 26 Fevral

Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimov sosial şəbəkə vasitəsilə İsveçrə banklarında dondurulan 686 milyon dollardan dövlət xeyrinə imtina etməyə hazır olduğunu açıqlayıb. Əgər Özbəkistan hakimiyyəti ona qarşı açılan bütün cinayət işlərini məhkəməsiz bağlasa.

Avropa.info xəbər verir ki, Gülnarə Kərmovanın Özbəkistan prezidenti Şavkat Mirziyayevə müraciətini qızı İman “İnstagram” səhifəsində yayıb. Kərimova ailəsinin sağlıq və təhlükəsizliyinə təminat istəyib.

O, İsveçrə hökumətinin Özbəkistan dövlətinə qaytarmağa hazırlaşdığı 131 milyon dollarla bağlı məhkəmə iddiasını da geri götürəcəyini də bəyan edib.

Qeyd edək ki, Gülnarə Kərimova 2015-ci ildə Özbəkistanda dələduzluq və vergidən yayınma ittihamları ilə həbs olunub.


Oxunma sayı: 5842

Oxşar yazılar