Dövlət Baxçalı: "Xocalı türkdür, Dağlıq Qarabağ türkdür" – Video

  • 13:54 - 26 Fevral

"Dağlıq Qarabağın işğalı dünyanın gözü qarşısında baş verdi. Xocalıda soyqırımı, hücum və bəşəriyyətə qarşı cinayətlər kütləvi şəkildə edildi. Xocalı türkdür, Dağlıq Qarabağ türkdür".

Avropa.info xəbər verir ki, bu sözləri MHP sədri Dövlət Bağçalı partiyanın qrup toplantısındakı çıxışı zamanı deyib.

“Xocalı dinməyən bir bağırtı, bitməyən acı və tükənməyən Türk sevdasıdır. Xocalının yaraları dərindir, yamacları sərindir, yanaqları əngindir”, deyə MHP lideri bildirib.

Dövlət Baxçalı Dağlıq Qarabağın Xocalı şəhərinin 28 ildir Türklüyün vicdanında sızıltı, milli ürəklərdə bir sancı olduğunu ifadə edib:

“Böyük şairimiz mərhum Şəhriyar “Qurd qurdla gəzər, itlər itlə” deyərkən haqsızdırmı? Əlbəttə ki, qurd qurdla, it də itlə gəzib-dolaşacaq, əməl və hədəfləri də bir olacaq. Xocalıda soyqırım edilib. Bu soyqırıma görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb. Xocalı qətliamı beynəlxalq aləmdə soyqırım olaraq tanınıb. Sözsüz ki, Xocalı qətliamı məsələsi Beynəlxalq Cinayət Məhkəməsi, Hərbi Cinayət Məhkəməsi, İnsan Haqları Məhkəməsi kimi yerlərdə hüquqi zəminində qaldırılmalıdır. Xocalı türkdür, Dağlıq Qarabağ türkdür, Azərbaycan türkdür. Ermənilər və dəstəkçiləri bu tarixi gerçəkləri silahla, qan tökərək əsla dəyişdirə bilməyəcəklər. Gün gələndə türk millətinin qüdrətini görəcəklər”.  


2b9q__pVoKo

Oxunma sayı: 7547

Oxşar yazılar