Türkiyə XİN-dən Xocalı ilə bağlı bəyanat

  • 12:42 - 26 Fevral

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının ildönümü ilə bəyanat yayıb.

Avropa.info xəbər verir ki, bəyanatda deyilir: 

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun silahlı dəstələri Azərbaycanın torpağı olan Dağlıq Qarabağın Xocalı şəhərin hücumu nəticəsində şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb.

Azərbaycan ərazilərinin işğalı, o cümlədən mülki əhaliyə qarşı edilən qeyri-insani hücum nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk edərək öz ölkələrində qaçqın kimi yaşamağa məcbur olub.

Hələ də Azərbaycan ərazisinin iyirmi faizi işğal altındadır.

Xocalıda törədilən bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını pisləyirik”.


Oxunma sayı: 4104

Oxşar yazılar