“Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib” - Xələf Xələfov

  • 26 Fev - 2020

“30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır”. 

Avropa.info xəbər verir ki, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib. 

Nazir müavini bildirib ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib:  “Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aparılan tədbirlər nəticəsində Xocalıda cinayətlərin törədilməsi tam sübuta yetirilib. Bu cinayətlər həm dövlət, həm də fərdi qaydada məsuliyyət yaradır”.


Oxunma sayı: 1365

Oxşar yazılar