Erkan Özoral: "Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir"

  • 11:57 - 26 Fevral

Tarixə qara gecə adı ilə düşən Xocalı soyqırımından 28 il keçməsinə baxmayraq, hələ də bu faciənin səbəbkarlarının ədalət qarşısında mühakimə olunmaması çox böyük bir əskiklikdir.

Avropa.info xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Xocalı faciəsi abidəsini ziyarət edərkən deyib.

Səfir bildirib ki, Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir: "Hər zaman olduğu kimi, açıq bildirirəm ki, bu faciənin səbəbkarları cəzasını almadan bu məsələ bağlanmayacaq. Biz Türkiyə Respublikası olaraq, həmişə olduğu kimi, Azərbaycanın bu çətin günündə də yanındayıq. Biz bir millət, iki dövlətik. Bir daha Xocalı şəhidlərinə Allahdan rəhmət diləyirik".


Oxunma sayı: 3268

Oxşar yazılar