Müsəlmanlara qarşı ayrıseçkilik edən qanunun qəbulu Hindistanı qarışdırdı – Ən azı 20 ölü, 250 yaralı

  • 11:42 - 26 Fevral

Hindistanın şimal-şərqində yerləşən Nyu-Dehli şəhərində yeni qanunun tərəfdarları və əleyhdarları  arasında baş verən iğtişaşlarda 20 nəfər ölüb, 250 nəfərdən çox adam yaralanıb.

Avropa.info xəbər verir ki, iğtişaşlar üzündən Nyu-Dehlinin Macipur, Cəfərabad, Çand Baq və Karal Naqar rayonlarında komendant saatı tətbiq olunub.

Hindistan parlamentinin vətəndaşlıq haqda qanuna əlavə etdiyi dəyişikliyə görə, Əfqanıstan, Pakistan və Banqladeşdən gələn qeyri-müsəlman qaçqınlar öz vətənlərində sıxışdırıldığı halda, Hindistanda sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcəklər. 

Qanun konstitusiyanın pozulduğunu hesab edən Hindistan müsəlmanları tərəfindən böyük etirazla qarşılanıb. Belə ki, formal olaraq dünyəvi sayılan Hindistan dövləti öz vətəndaşlarına qarşı dini ayrıseçkilik edir . Qanunun qəbulundan qəzəblənən şimal-şərq ştatlarının vətəndaşları yaşadıqları regionda Banqladeşdən çıxan milyonlarla insan yerləşməsindən qorxurlar. Etirazların təşkilatçılarının fikrinə görə, qanun yerli əhalinin maraqlarını təhdid edir.

Müsəlmanları vətəndaşlıq almaq haqqından məhrum etdiyinə görə, müxalifət qanunu diskriminasiya xarakterli sayır. Tənqidçilərin fikrinə görə, vətəndaşlıq almaq üçün dini mənsubiyyət şərt olmamalıdır.

Qeyd edək ki, 1,3 milyard əhalisi olan Hindistanın 10%-i müsəlmanlardır.


Oxunma sayı: 10968

Oxşar yazılar