Rusiya Türkiyə üçün pomidor kvotasını artırdı

  • 11:07 - 26 Fevral

Rusiya Türkiyədən idxal etdiyi pomidorun kvotasını 150 min tondan 200 min tona çıxarıb.

Avropa.info xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyi bu haqda sərəncam imzalayıb. Rusiya keçən ilin mayında Türkiyədən idxal etdiyi pomidoru 50 min tondan 150 min tona çıxarmışdı.

Türkiyənin Rusiyaya etdiyi pomidor ixracatı 2018-ci il ilə müqayisədə 186% artaraq, 86 milyon 53 min dollar təşkil edib. 


Oxunma sayı: 6480

Oxşar yazılar