Türkiyə və Azərbaycanın ortaq dərdi: Xocalı soyqırımı – Türk professor bu faciənin dəhşətlərindən danışır

  • 10:28 - 26 Fevral

"Türkiyə Azərbaycanı Xocalı soyqırımı məsələsində ən güclü şəkildə dəstəkləyən dövlətdir, bu belə də olacaq".

Avropa.info xəbər verir ki, bu sözləri Sakarya Universiteti Türk-erməni Araşdırmaları mərkəzinin rəhbəri, professor Haluk Selvi "Anadolu" agentliyinə açıqlamasında deyib.

Selvi, Türk-İslam dünyasının bir çox qanayan yarasının olduğunu, bunlardan birinin də Qarabağ münaqişəsi olduğunu xatırladıb. Qarabağın 1992-ci ildən bəri Ermənistanın işğalında olduğunu xatırladan Selvi, Qarabağ münaqişəsinin ən önəmli cəhətinin 1992-ci ilin fevralın 26-da Xocalıda yaşanan hadisələr olduğunu qeyd edib. Selvi, Türkiyənin Qarabağ problemini və Xocalı soyqırımını unutmadığını, bu durumun Türkiyənin xarici siyasətində önəmli yeri olduğunu vurğulayıb.

Beynəlxalq aləmdə Azərbaycanın yanında birinci sıradakı ölkənin Türkiyə olduğunu deyən Selvi, 1992-ci ildə Xocalı qətliamının yaşandığını və Ermənistan tərəfindən türklərə qarşı bir vəhşət törədildiyini anladıb. Selvi keçmiş sovet Rusiyasının bölgədən çəkilərkən arxasında ixtilaflı bir coğrafiya buraxmaq istədiyini, Azərbaycan türkləri ilə ermənilər arasında bu iki ölkənin müstəqil güclü bir vəziyyətə gələ bilməməsini və Rusiyaya ehtiyac duymasını hədəf aldığını qeyd edib.

Sovet İttifaqının o zamankı prezidenti Mixail Qorbaçov gözlənilməz bir vaxtda Azərbaycanın Qarabağ muxtar bölgəsini Ermənistana verdiyini açıqladığını deyən Selvi, bildirib ki, Qarabağ bölgəsi əhalisinin 75 faizi türklər idi: "Bu bölgənin Ermənistana verilməsi bu strategiyaya əsaslanırdı. Sovet Rusiyası 1918-ci ildəki siyasətini 1992-ci ildə yenidən həyata keçirirdi. 1918-ci ildə Ərzurum, Van, Gümüşhane və Bayburt 1992-ci ildə erməni komitə üzvlərinin törətdiyi qətliamın eynisini 1992-ci ildə silahlarını Ermənistana verərək qırğın törətdi".

Selvi Xocalının 1992-ci ildə mühasirədə olduğunu bildirib. O, insanların soyuqdan və aclıqdan öldüyünü, ermənilərin orada 700-ə yaxın günahsız insanı qətlə yetirdiyini və öldürdüyünü vurğulayıb.  1992-ci ildə Hocalıda baş verən qətliamın 1948-ci il Soyqırım Konvensiyasının müddəalarına uyğun olduğuna diqqət çəkən Selvi deyib ki, o vaxtdan bəri Azərbaycan dünyaya bəyan edir: "Bu insan hüquqlarının pozulması deyil, bu soyqırımdır!" 


Oxunma sayı: 4599

Oxşar yazılar