Koronovirusun yayıldığı 11 İran əyalətində küçəyə çıxmamaq çağırışı

  • 17:54 - 25 Fevral

İran Səhiyyə naziri Nəməki dövlətin karantin tətbiq etmək məcburiyyətində qalmaması üçün koronovirusun təsbit edildiyi 11 əyalətdə əhalini küçəyə çıxmamağa çağırıb.

Avropa.info xəbər verir ki, İran Səhiyyə nazirinin müavini də İreç Hərirçi də koronovirus (Kovid-19) virusuna yoluxduğunu açıqlayıb.

İran Tələbələri Xəbər Agentliyinə müsahibə verən Qum əyaləti Otel və Pansionatlar İttifaqının sədri Əhməd Fəllahiyan Qum şəhərində turist qalmadığını, rezervasiyaların ləğv edidliyini, otellərin yalnız 30%-nin işlədiyini bildirib. Otellərin toy salonları və turistlərə xidmət göstərən restoranlar da qapadılıb.


Oxunma sayı: 6425

Oxşar yazılar