Daha 9 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

  • 17:26 - 25 Fevral

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında   50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb. 

APA-nın məlumatına görə, bu barədə MSK üzvü  İlkin Şahbazov məlumat verib. 

İ. Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”. 

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.


Oxunma sayı: 3356

Oxşar yazılar