MSK parlament seçkilərinə bu gün yekun vuracaq

  • 16:25 - 25 Fevral

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə bu gün yekun vuracaq.

APA-nın məlumatına görə, məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, MSK səsvermə günündən ən geci 20 gün keçənədək Milli Məclisə seçkilərin nəticələrinin yoxlamalı və yekun vurmalıdır.

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 29-dək olan dövrü əhatə edir.


Oxunma sayı: 2872

Oxşar yazılar