Ankara aeroportunda koronovirus həyəcanı – Qumdan gələn 12 sərnişin qızdırmalı çıxdı

  • 15:04 - 25 Fevral

Tehrandan İstanbula uçan sərnişin təyyarəsi koronovirus şübhəsi ilə Ankaranın Əsənboğa aeroportuna təcili eniş edib.

Avropa.info xəbər verir ki, Qum şəhərindən gələn 12 sərnişinlin qızdırması normadan yuxarı qeydə alınıb. Aeroportda təcili tibbi yardım maşınları gəlib. 

Təyyarədəki 17 sərnişin isə koronovirus şübhəsi ilə Zəkai Tahir Burak xəstəxanasında karantində saxlanılacaq.

Türkiyə Səhiyyə Nazirliyinin heyəti təyyarədə axtarış işləri aparırlar. 


Oxunma sayı: 5820

Oxşar yazılar