"Azəriqaz" vətəndaşları aldadan rəis müavini işdən çıxardı

  • 14:47 - 25 Fevral

Fevralın 25-də Ağsu Regional qaz istismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifədən azad edilib. 

Bu barədə Avropa.info-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

E.İslamov vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və s. əməllərinə görə işdən uzaqlaşdırılıb. Qeyd edək ki, E.İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib.

“Azəriqaz” İB bir daha bəyan edir ki, bütün struktur bölmələrdə, o cümlədən RQİİ-də məsul şəxslər vətəndaş məmnuniyyətini təmin etmək və baş verən problemlərin vaxtında aradan qaldırılması üçün səylə çalışmalıdır. Bundan başqa, xüsusən də Birliyin vəzifəli şəxsləri rəhbərlik etdikləri kollektivlərdə işgüzar mühitin səmərəliliyinin artırılmasına və qanunvericiliyin tələblərinin icrasına diqqət ayırmalıdırlar. Əks halda vəzifəsindən asılı olmayaraq nöqsanlara yol verən istənilən şəxs barəsində qanun çərçivəsində cəza tədbirləri görüləcək. 


Oxunma sayı: 6051

Oxşar yazılar