Türkiyədən sensasiyalı açıqlama : "İrana virusun mənbəyi olan Qum şəhərinin karantinə alınmasını tövsiyyə etdik, dinləmədilər"

  • 13:47 - 25 Fevral

"İranda koronavirusun mənbəyi Qum şəhəridir. Virus yayılan saatdan etibarən ilk olaraq Qumdan gələn İran vətəndaşlarını Türkiyəyə buraxmadıq."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca "Huriyyət" qəzetindən Əhməd Hakana verdiyi müsahibədə deyib. Fəxrəddin Koça virus yayılan andan İran hökumətinə xəbərdarlıq etdiklərini, lakin rəsmi Tehranın tövsiyyələrə qulaq asmadığını bildirib.

"Virusun yayılma xəbəri çıxınca, İranın səhiyyə nazirindən "virusun Qum şəhərinin xaricində başqa bir qaynaqının olduğunu düşünürsünüzmü" soruşdum. "Xeyr, Tehranda və bir sıra digər şəhərlərdə virus tapılıb, amma hamısının mənbəyi  Qum şəhəridir" dedi. Deməli, Qum şəhərindən kənarda epidemiyaya səbəb olan bölgə yoxdur. 

İranlı nazirə "Qum şəhərini Çinin  Vuhan şəhəri kimi təcili karantinə alın" dedim. Hətta dedim ki, "Qum şəhərini karantinə alsanız, İranla sərhədi bağlamağa ehtiyac qalmaz". Lakin, İranın səhiyyə naziri "Qum şəhərini karantinə götürə bilmərik" dedi.  Buna görə də sərhədi bağlamalı olduq" - Fəxrəddin Koca belə deyib. 

Avropa.info


Oxunma sayı: 11067

Oxşar yazılar