Son dəqiqə: Koronavirus Avropaya da yayıldı – Bu ölkədə xaos və təşviş yaşanır

  • 13:36 - 25 Fevral

Avropa ölkələri koronavirus kabusu yaşayır. Bu ölkələrin içində ən ağır durumda olan İtaliyadır. Avropa.info xəbər verir ki, əhali təşviş içərisindədir, marketlər boşaldılır.

İspaniyanın cənub-şərqindəki Kanar adalarına gələn italyan həkimdə koronavirus aşkarlanıb. Oteldə qalan min nəfərin karantin altına alındığı xəbər verilir.

Ölkələr Kanar adalarına səyahət edən turistlərə xəbərdarlıq edib. İtaliyada isə tamamilə xaos və təşviş havası yaşanır.

İtaliya koronavirusun ən çox yayıldığı Çin və Cənubi Koreyadan sonra dünyada üçüncü, Avropada isə ilk olan ölkə siyahısındadır.

Bu ölkədə ilk hadisənin təsbit edildiyi cümə günündən bu yana ölənləri sayı 62 ilə 88 nəfər arasında olduğu bildirilir. Ölənlərdən ikisi onkoloji, biri isə dializ xəstəsi olub.

Ölkənin maliyyə, moda və ticarət mərkəzi sayılan İtaliyanın ikinci böyük şəhəri, Lombardiya regionunun paytaxtı olan Milan ilə Venedikin Veneto virusun ən çox yayıldığı şəhərlərdir.

 

 

 

HALK GIDA STOĞU YAPMAYA BAŞLADI

 

 

 


Oxunma sayı: 10979

Oxşar yazılar