“Ən pis ehtimalla Putinlə üz-üzə görüşəcəyik” – Ərdoğandan İdlib açıqlaması

  • 11:42 - 25 Fevral

Türkiyə prezidenti Ərdoğan Azərbaycana səfərindən əvvəl Ankaranın Əsəboğa aeroportunda jurnalistlərin suallarına cavab verib.

Avropa.info xəbər verir ki, Türkiyə-Azərbaycan iqtisadi münasibətlərindən danışan Ərdoğan səfərin gündəm mövzusunun Azərbaycanla ticarət dövriyyəsinin artırılması olduğunu deyib.

İdlib məsələsinə münasibət bildirən Türkiyə prezidenti Rusiya ilə yol xəritəsinin müəyyən edilməsi məsələsi haqda bunları deyib:

“Rusiya ilə aramızda İdlib prosesi var və sürətlə həll etməyimiz lazımdır. Putinlə ən yüksək səviyyədə danışıqlar aparıram. Bir çox dövlət qurumumuz da danışıqlar aparır. İşin bir də Liviya tərəfi var. Qeyri-legitim Haftarı dəstəkləyən Abu-Dabi və Rusiyanın 2500 nəfərlik qüvvələri var. Bunun maliyyəsinin Abu-Dabidən gəldiyini bilirik. Sudan da dəstək verir. 10 mindən çox silahlıları var. Bu məsələ ilə bağlı Putinlə yol xəritəmizə baxacağıq. Rusiya rejim qüvvələrinə ən yüksək səviyyədə dəstək verir. Hər nə qədər inkar etsələr də, bizdə bununla bağlı sənədlər var. 3 milyona yaxın qaçqın yükü var. Sərhəd pozuntusu halları var. Buna susqun qala bilmərik. Məsələ ilə bağlı Qərbin heç bir ölkəsi həssaslıq göstərmir. 

Bundan sonrakı prosesdə Rusiya ilə danışıqlar aparmağa davam edəcəyik. Rus nümayəndə heyəti sabah gəlir. Makron, Merkel və Putin arasında dördtərəfli sammit hələ razılaşdırılmayıb. Ən pis ehtimalla 5 martda cənab Putinlə üz-üzə görüşəcəyik”.

Ərdoğan jurnalistlərə açıqlamasında Türkiyə ordusunun Liviyada iki şəhid verdiyini də qeyd edib. 


Oxunma sayı: 9439

Oxşar yazılar