Təcili: 20 Yanvar faciəsinin əsas qatillərindən biri öldü – Foto

  • 10:27 - 25 Fevral

SSRİ-nin sonuncu marşalı Dmitri Yazov ölüb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Yazov uzun sürən xəstəlikdən sonra 96 yaşında Moskva şəhərində ölüb.

Dmitri Yazov 1987-ci ildən 1991-dək SSRİ-nin sonuncu Müdafiə naziri olub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. SSRİ-nin Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub.

Bu zaman 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Yazov həm də məşhur QKÇP-nin təşkilatçılarından idi və həmin çevriliş cəhdindən dərhal sonra - 22 avqust 1991-ci ildə vəzifədən çıxarılmışdı.


Oxunma sayı: 4335

Oxşar yazılar