Almaniyada sürücü avtomobili insanların üzərinə sürdü - Onlarla yaralı var

  • 22:58 - 24 Fevral

Almaniyanın Folkmarzen şəhərində sürücü “Mercedes” markalı avtomobilini karnavala qatılan insanların üzərinə sürüb. 

Virtualaz.org rus KİV-lərinə istinadən xəbər verir ki, azı 15 nəfər yaralanıb. Bildirilir ki, onlar arasında uşaqlar da var. İnsidenti törədən sürücü saxlanılıb. Onun bu hadisəni hansı səbəbdən törətməsi bilinmir. 

Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. 


 


Oxunma sayı: 10561

Oxşar yazılar