Rusiyada 12 min adam koronavirusla bağlı tibbi nəzarətdədir

  • 20:38 - 24 Fevral

Rusiyada Çindən gəlmiş 12 min adam koronavirusla bağlı tibbi nəzarətdədir. 

Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Müdafiəsi üzrə Federal Xidmətin (“Rospotrebnadzor”) məlumatına görə, hazırda Moskvanın Çindən reysləri qəbul edən yeganə aeroportu olan “Şeremetyevo” hava limanında xüsusi terminal ayrılıb. Çindən gələnlərin hamısı laboratoriya yoxlamasından keçir və yaşadığı yerdə tibbi nəzarətə götürülür. Fevralın 24-nə olan məlumata əsasən, Rusiyada 12 min adam tibbi nəzarətdə saxlanılır.


Oxunma sayı: 5292

Oxşar yazılar