İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib

  • 24 Fev - 2020

İtaliyada yeni koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

Breşiyada xəstəxanada onkoloji xəstəlikdən müalicə olunan qadın vəfat edib. Bununla da, koronavirusdan ölənlərin sayı 6-ya çatıb.

İtaliyada koronovirus qurbanlarının hamısı səhhətində problem olan yaşlı insanlardır.  

Ölkədə ümumilikdə koronavirusa 220 yoluxma halı qeydə alınıb, onlardan 6-sı dünyasını dəyişib. Çinin epidemiyanın yayıldığı Uhan şəhərindən təxliyə olunan bir İtaliya vətəndaşı isə artıq müalicə olunub. 
Apa


Oxunma sayı: 1365

Oxşar yazılar