Cenevrədə liviyalı nazirdən Türkiyə açıqlaması

  • 17:44 - 24 Fevral

“Türkiyənin Liviyadakı mövcudiyyəti qüvvələr balansını təmin edir”.

Avropa.info xəbər verir ki, bu sözləri Liviya Milli Həmrəylik Hökuməti xarici işlər naziri Məhəmməd ət-Tahir Səyyalə deyib. BMT-nin İnsan haqları Şurasının 43-cü iclasında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərinə gedən Səyyalə jurnalistlər üçün mətbuat konfransı keçirib.

“Haftar danışıqlar masasını aşırdı və Tripoliyə qarşı hərbi əməliyyata başladı” – deyən Səyyalə Haftarın Əbu-Dabi və Palermoda aparılan danışıqlarda bütün sülh müqavilələrini pozduğunu bildirib.

Səyyalə general Haftarın mülki infrastrukturlarını vurduğunu, neft mədənlərini bağladığını Liviya iqtisadiyyatına zərbə vurduğunu, lakin bu cinayətləri Liviyadakı qəbilələrin üstünə atdığını deyib. 

“Türkiyə niyə Liviyadadır?” sualına “Türkiyə Tripolidəki mülki şəxsləri qorumaq üçün Liviyaya gəldi. Türkiyə olmasaydı, hazırkı mövqedə olmağımız mümkün olmayacaqdı. Türkiyənin Liviyadakı mövcudiyyəti qüvvələr balansını təmin edir” cavabı verib.

Liviya xarici işlər naziri Tripoliyə təhdid təşkil edən bütünü qüvvələri geri çəkilməyə çağırıb.


Oxunma sayı: 4302

Oxşar yazılar