Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - Foto

  • 17:25 - 24 Fevral

Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Haciyevə məxsus "VAZ-2107" markalı avtomobilin qaçırılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, dərhal polis əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran şəxsin, əvvəllər məhkum olunmuş, 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olması müəyyən olunub.

M.Abbasov şübhəli şəxs qismində tutulub, T. Hacıyevə məxsus "VAZ-2107" markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürlüb.

İlkin dindirilmə zamanı M. Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 


Oxunma sayı: 5633

Oxşar yazılar