Bakıda 61 ilin binası çökə bilər -Zirzəmisi illərlə su içində olan bina xəstəlik mənbəyinə çevirilir: ""Azərsu"nun işçiləri gəlib siqaret çəkib getdilər" (Foto)

  • 15:59 - 24 Fevral

Bakı şəhəri Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən 22 nömrəli binada əsl dəhşət yaşanır. 

Avropa.info xəbər verir ki, 1959-cu ildə istifadəyə verilmiş binanın tam təmirsiz olması və zirzəmisinə su yığılması sakinlərin narahatlığına səbəb olub. Binada müxtəlif xəstəliklərin meydana gələcəyindən təşvişə düşən sakinlərin müraciət etmədiyi qurumu qalmayıb. Lakin, problem həll olunmayıb. 

Avropa.info-ya müraciət edən sakinlər binanın çökmə təhlükəsi ilə üzləşdiyini bildirərək, əlaqəar dövlət qurumlarından yardım istəyirlər.

"Binamızın zirzəmisi həmişə suyun içində olur. Biz düşünürdük ki, bu istilik sistemi borusunda olan problem nəticəsində zirzmiyə su yığılıb. "Azəristiliktəchizat" ASC-yə müraciət etdik. "Azəristiliktəchizat" ASC-nin işçiləri gəldilər, suyu çəkib kanalizasiyaya tökdülər. Lakin, 3-4 gün sonra yenidən zirzəmiyə su yığıldı. Bundan sonra "Azərsu" ASC-yə müraciət etdik. "Azərsu" ASC-dən də əməkdaşlar gəldi. Gözlə də görmək mümkündür ki, zirzəmiyə yığılan su kanalizasiya xəttindən tökülür. "Azərsu" ASC-nin işçilərinə dedik ki, bunun qarşısını alın. "Azərsu" ASC-nin işçiləri "bunun heç bir mənası yoxdur" deyib, həyətdə siqaret çəkib getdilər. 

Bundan sonra, dəfələrlə "Azərsu"nun qaynar xəttinə müraciət etdik. Hç bir tədbir görülmür. Nəzərə alsaq ki, bina 1959-cu ildə istifadəyə verilib, illərlə zirzəmiyə yığılan su binanın çökməsinə səbəb ola bilər. Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik. Oradan da dedilər ki, bu bizim işimiz deyil" -sakinlərin müraciətində belə deyilir.


Oxunma sayı: 34497

Oxşar yazılar