İspan futbolçu "Qarabağ"a niyə gəlmədi?

  • 15:10 - 24 Fevral

"Qarabağ"ın qış transferi pəncərəsi zamanı heyətinə cəlb etmək istədiyi Coni Montielin Azərbaycana gəlməməsinin səbəbi bəlli olub.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu "Rayo Valyekano"nun hücuma meylli gənc yarımmüdafiəçi ilə danışıqlar aparıb. Lakin o, "Qarabağ"ın təklifini qəbul etməyib.

İspaniyanın "Grana3" portalı buna səbəb kimi 21 yaşlı futbolçunun Azərbaycan çempionatında oynamaq istəməməsini göstərib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının səviyyəsinin aşağı olması səbəbindən indiyədək bir neçə əcnəbi oyunçu bizim klubların təkliflərini rədd edib.


Oxunma sayı: 5919

Oxşar yazılar