Koronovirusun qarşısını almaq olmur – Daha üç ölkə yoluxdu

  • 14:36 - 24 Fevral

Çinin Uhan şəhərində 2 min 623 nəfərin ölümünə səbəb olan koronovirus dünyaya yayılmağa davam edir.

Avropa.info xəbər verir ki, virus Küveyt, Bəhreyn və Əfqanıstanda da qeydə alınıb. Küveyt Səhiyyə Nazirliyi İranın Məşhəd şəhərindən gələn 3 nəfərdə yeni tip koronovirus (Kovid-19) aşkarlanıb. Nazirliyin məlumatına görə, bu İrandan qayıdan şəxslərdə ilk qeydə alınan yoluxma halıdır. Əfqanıstanda isə ən azı 10 nəfər koronovirus şübhəsi ilə karantinə götürülüb.

Qeyd edək ki, qonşu ölkə İranda virusdan ölənlərin sayı 12 nəfərə çatıb.


Oxunma sayı: 7932

Oxşar yazılar