Çin: Koronovirusdan sağalanlar təkrar bu virusa yoluxurlar

  • 13:37 - 24 Fevral

Çin həkimləri Uhan şəhərində yeni tip koronovirusdan 195 təkrar yoluxma faktı qeydə alıblar.

Avropa.info xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatında deyilir. Çin hökuməti virusdan sağalanlar üçün əlavə 14 günlük karantin müddəti müəyyən edib. 

Çində Kovid-19 epidemiyasından ölənlərin sayı 2600 nəfəri keçib, 25 min nəfər sağalıb, 77 min nəfərdə isə yoluxma halı qeydə alınıb. 


Oxunma sayı: 8097

Oxşar yazılar