Kadırov Stalinə lənət oxudu

  • 12:51 - 24 Fevral

Çeçenistan dövlət başçısı Ramzan Kadırov 1944-cü ildə çeçen və inquşların Sibir və Qazaxıstana kütləvi deportasiyasının başladığı 23 fevral günü ilə bağlı danışıb.

Avropa.info xəbər verir ki, o, sovet hakimiyyətinin apardığı bu kampaniyanın tamamilə repressiya mahiyyəti daşıdığını deyib.

“Lənətə gəlmiş İosif Stalinin əmri ilə xalqlar qəddar və insafsız repressiyalara məruz qaldılar” – Kadırov sosial şəbəkədə yazıb. 

O, deportasiya əmrinin verilməsi üçün qətiyyən heç bir səbəbin tapılmadığını bildirib.

Kadırov çeçenlərin nasistlərlə əməkdaşlığının uydurma olduğunu, bunun sübutu kimi Çeçenistan ərazisinin bir kvadrat metrinin belə işğal olunmadığını əsas göstərib. O, 50 min çeçenin Stalinqrad uörunda döyüşlərdə iştirak etdiyini, 20 min nəfərin cəbhəyə könüllü getdiyini bildirib.


Oxunma sayı: 3235

Oxşar yazılar