Nazir Rəşad Kərimovu vəzifəsindən azad etdi

  • 11:03 - 24 Fevral

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Rəşad Kərimov vəzifəsindən azad edilib.

Avropa.info unikal.org-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Hümbət Hüseynova həvalə olunub.

O, indiyə qədər qurumun maliyyə direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Dövlət Aqrar Ticarət Şirkəti” 2018-ci ildə, 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas məqsədi dövlətin həyata keçirdiyi aqrar siyasət konsepsiyasına dəstək olmaq, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara rahat, maneəsiz və rəqabətə dayanıqlı şəkildə çıxışını təmin edərək kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasını təmin etmək, bununla da ölkə iqtisadiyyatına töhfə verməkdən ibarətdir.


Oxunma sayı: 5930

Oxşar yazılar