Rus politoloqdan Ankaraya hədsiz təhdid : "Türk Axını dayana, savaş Türkiyə ərazisinə sıçraya bilər"

  • 16:34 - 22 Fevral

"İdlibdə Rusiya ilə Türkiyə arasında qarşıdurma davam edərsə, Moskva Ankaraya sanksiyalar tətbiq edə bilər. Bu sanksiyalara Türk Axını layihəsi də daxil ola bilər. Bunun Türkiyə iqtisadiyyatı üçün böyük nəticələri ola bilər. Ankara Moskvadan birbaşa neft göndərilməsindən məhrum olma ilə üz-üzədir."

Avropa.info xəbər verir ki, bu təhdidedici sözləri Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Ərəb və İslam Araşdırmaları Mərkəzinin mütəxəssisi, politoloq Boris Dolqov "Moskovski Komsomolets" qəzetindəki yazısında işlədib. 

Müəllifin qələmə aldığı "Rusiya-Türkiyə anlaşılmamazlığı TürkAxınını dayandıra bilər" başlıqlı yazısında, Rusiyanın Türkiyəyə iqtisadi sanksiyalarla təsir etmək istəyəcəyi qeyd olunur.

"Türkiyə Suriyada müxalifləri dəstəkləməyə davam edir. Ankara bölgədəki maraqlarını qətiyyətlə müdafiə edir. Rəsmi Ankara bir zamanlar Osmanlı dövlətinə aid olan bütün ərazilərdə nüfuz sahibi olmağa çalışır. 

Türkiyə özünü yeni qlobal güc mərkəzi olaraq görür və planlarından imtina etmə niyyətində deyil. İdlibdə Əsədə alternativ olan İslamçı müxaliflər var və Türkiyə onları dəstəkləməkdən imtina etmir. Avropa Birliyi və ABŞ isə Rusiya ilə Türkiyənin qarşı-qarşıya gəlməsini istəyir. Tam bir müharibə ola biləcəyi kimi, lokal bir savaş da ola bilər. Ancaq müharibənin risqləri var. Belə bir vəziyyətdə Türkiyə yalnız Suriyada qarşıdurma vəziyyətində olmayacaq. Ərdoğanın qoşunları kürd silahlı dəstələri (PKK,PYD/YPG terror təşkilatları nəzərdə tutulur) ilə də qarşılaşacaqlar. Qarşıdurmalar Türkiyəyə də sıçraya bilər. 

Türkiyəyə iqtisadi sanksiyalar yolu ilə də təsir göstərilə bilər. Sanksiyalara Türk Axını da daxil ola bilər. Bunun Türkiyə iqtisadiyyatı üçün böyük nəticələri ola bilər. Ankara Moskvadan birbaşa neft göndərilməsindən məhrum olma ilə üz-üzədir. Bu cür tədbirlər Rusiyaya da mənfi təsir göstərir, lakin Ankara daha çox əziyyət çəkəcək " - rus politoloq yaısına belə qeyd edib.

Xatıladaq ki, Astana v Soçi anlaşmasına görə, İdlib və ətrafı təhlükəsiz bölgə elan olunub. Həmin anlaşmalara görə, Türkiyə müxaliflərin, Rusiya isə Əsəd rejiminin qarantı sayılır. Lakin, Rusiya və Əsəd rejimi adı çəkilən anlaşmaları pozaraq İdlibə hücum edir. Bu hücumlar nəticəsində 1 milyon dinc sakin Türkiyə sərhədinə köç edib. Türkiyədə isə hazırda 4 milyon suriyalı qaçqın var.

Avropa.info


Oxunma sayı: 15192

Oxşar yazılar