Qazaxıstanda atışma: 5 nəfər ağır yaralandı

  • 16:02 - 22 Fevral

Qazaxıstanın qərbində yerləşən Aktübinski vilayətinin Xromtau rayonunda baş verən atışma nəticəsində beş nəfər xəsarət alıb. 

“Sputnik Qazaxıstan” məlumat verir ki, hadisəni törədən üç nəfər saxlanılıb. 

Onlar qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinirlər. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, cinayəti törədən şəxslər ov silahından istifadə ediblər.


Oxunma sayı: 1893

Oxşar yazılar