Sumqayıtda zibil qabından uşaq meyiti tapıldı

  • 11:20 - 22 Fevral

Sumqayıtda zibil qabından meyit tapılıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb. Həmin ərazidəki zibil qablarından birindən yeni doğulmuş qız uşağının meyiti aşkar edilib. Körpənin meyiti ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 6326

Oxşar yazılar