Tovuzda məktəbli dərs vaxtı sinif yoldaşı tərəfindən bıçaqlanıb

  • 23:07 - 21 Fevral

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Dönük Qırıxlı kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 10-cu sinif şagirdi 2003-cü il təvəllüldü Qarayev Rəvan Pərviz oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Məktəbli dərhal əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Q.Rəvanın valideynləri APA-ya bildiriblər ki, onların övladını məktəb yoldaşı dərs vaxtı bıçaqlayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.


Oxunma sayı: 6139

Oxşar yazılar