Türkiyə Ordusu İdlibdə hücuma keçdi - Nayrab rayonu ələ keçirildi, Əsədin 1 generalı və 2 tankı vuruldu

  • 18:27 - 20 Fevral

Jurnalist Çarlz Listerin bölgədən özünün Twitter bloqu üzərindən yaydığı məlumata görə Türkiyə ordusunun və Türkiyənin dəstəklədiyi müxalif qruplaşmaların hücum əməliyyatları Nayrab rayonunda davam edir. Həmin yaşayış məntəqəsi istiqamətində Türkiyə ordusunun hərbi texnika kalonunun irəlilədiyi bildirilir. Artilleriya zərbələri eşidilməkdədir.

Nayrab yaxınlığında Suriya ordusunun iki tankı vurulub, bir T-72 tankı və bir PDM ələ keçirilib. Nayrabın ələ keçirilməsi müxalifətin strateji əhəmiyyətli Sarakib qəsəbəsi üzərində nəzarəti geri qaytarması əməliyyatının birinci hissəsidir. Sarakib qəsəbəsi Suriyanın iki əsas şose yolu olan M4 və M5 şosselərinin kəsişməsində yerləşir. Hazırda döyüşlərin getdiyi Nayrab Sarakibdən 7 kilometr məsafədədir. Fevralın əvvəllərində həmin qəsəbə M5 yolu ilə birlikdə Suriya ordusu tərəfindən alınmışdı. Həmin yola nəzarət Əsəd qüvvələrinə İdlib vilayətini tam nəzarətə almaq üçün strateji üstünlük qazandırırdı.

Yanvarın ortalarından başlayan hücum nəticəsində Əsəd qüvvələri İdlib deeskalasiya zonasının az qala yarısını tutub, Türkiyə ordusunun müşahidə postlarını geridə qoyub. Əsəd qüvvələrinin irəliləməsi Ankaranı hiddətləndirib və prezident Ərdoğan bəyan etmişdi ki, fevralın sonlarına qədər Suriya qoşunları müşahidə postlarının gerisinə çəkilməsə Türkiyə ordusu hücuma başlayacaq.

 

***

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

“Halab Today” xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub.

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-nı və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar. Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb. “CNN Türk”ün xəbərinə görə, Türkiyə İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə tank və xüsusi təyinatlılar göndərib, hazırda bu proses davam edir.


Oxunma sayı: 11628

Oxşar yazılar