Dünyanın hər yerində qətllər həyata keçirən Əhməd Hamidov Dubayda yaxalandı

  • 18:27 - 20 Fevral

Bir çox dəhşətli qətl hadisələrinə görə beynəlxalq axtarışda olan Əhməd Hamidov 5 illik axtarışdan sonra Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə "Rosbalt” məlumat yayıb.

Nəşrin məlumatına görə, Həmidovun saxlanılmasında xüsusi təyinatlılar iştirak edib ki, bu BƏƏ üçün çox nadir hal hesab olunur. Təhlükəsizlik qüvvələrinin xüsusi təyinatlıların köməyindən istifadə etməsi bu şəxsin xüsusilə təhlükəli cinayətkar hesab olunması ilə bağlıdır.

Həmidov Birləşmiş Ərəb Əmirliyində özünü Rusiyanın güc strukturlarında böyük əlaqələri olan şəxs kimi təqdim edib və cinayətləri Mixail Koryakyakla əlbir törədib. Təhqiqatın versiyasına görə, onlar iş adamlarına böyük pul qarşılığında firmalarda və dövlət qurumlarında yüksək vəzifələr vəd ediblər. Həmidovun və Koryakın təkliflərinə razı olanlar ya külli miqdarda pul itirirdilər, ya da ölürdülər.

 

◀▶

Mənbənin yazdığına görə, bir sıra dəhşətli cinayətlərdə ittiham olunan bu şəxslər bəzən qurbanlarını (dəqiq sayı hələ məlum deyil) öldürərək bədənlərini sulfat turşusunda əridirdilər. Təhqiqatçılar hesab edirlər ki, Həmidovun qurbanları arasında, “Saratovstroysteklo” zavodunun sahibi, iş adamı Mixail Lanin də var. O, Həmidovla vəzifə almaq üçün anlaşıb və ona 84 milyon rubl ödəsə də, əvəzində heç nə əldə etməyib. Belə olan halda, Lanin pulunu tələb edib və onlar Fransada görüşməyi planlaşdırıblar. 2011-ci ildə həyat yoldaşı ilə birgə Fransanın Nitsa şəhərinə gələn iş adamının avtomobili güllələnib və Lanin ölüb. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Həmidov öz adamlarına biznesmenin qətlini tapşırıb.

Nəşr qeyd edir ki, Həmidovun cinayətkar dəstəsinin bəzi üzvləri artıq həbs olunublar.


Oxunma sayı: 5281

Oxşar yazılar