DTX Neftçalada vəzifəli şəxslərə qarşı keçirilən əməliyyat haqda məlumat yaydı – Yenilənib

  • 13:35 - 20 Fevral

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Avropa.info Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən bildirir ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

***

Virtualaz.org-un əməkdaşı xəbər verir ki, bir az əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin içərisində xüsusi təyinatlılar olan dörd cipi Neftçala rayon İcra Hakimiyyətinin binası qarşısında dayanıb. Binanın qarşısında DTX əməkdaşları blok-post qurub, içəri heç kim buraxılmır.

 

***

Bu dəqiqələrdə virtualaz.org-un regional müxbirinin məlumatına görə xüsusi təyinatlılar Neftçala rayon İcra Hakimiyyətinin binasına basqın edib. 

Xəbər yenilənir...


Oxunma sayı: 23860

Oxşar yazılar