Keçmiş məhkum külli miqdarda qızıl oğurladı

  • 12:46 - 20 Fevral

Abşeronda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya daxil olan məlumata görə, rayon ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nağıyev saxlanılıb.


Oxunma sayı: 5193

Oxşar yazılar