ABŞ-da gənc reper qətlə yetirildi

  • 23:33 - 19 Fevral

ABŞ-ın Los-Anceles şəhərində 20 yaşlı reper Pop Smoke qətlə yetirilib.

“Report” un məlumatına görə, bu barədə “Rolling Stone” nəşri yerli polis nümayəndəsinə istinadən xəbər verib.

Qeyd olunub ki, maskalı şəxslər onun evinə silahlı basqın ediblər. Daha sonra atəş səsləri eşidilib və hadisə yerinə polislər gəlib.

Nəşrin yazdığına görə, güllə yarası alan reper xəstəxanaya çatdırılan zaman vəfat edib.


Oxunma sayı: 4995

Oxşar yazılar