İmişlidə hesabat yığıncağı keçirilib - Fotolar

  • 20:00 - 19 Fevral

İmişlidə hesabat yığıncağı keçirilib.

Bu barədə Avropa.info-ya İmişli Rayon icra hakimiyyətindən məlumat verilib.

19 yanvar  2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. 2019-cu ilin nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmiş, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilmiş, ölkəmiz güclənmiş və hərtərəfli inkişaf etmişdir.
       Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, 2019-cu ildə ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 3,5 faiz artmış, inflyasiya birrəqəmli olmaqla 2,6 faiz təşkil etmişdir. Sənaye istehsalı 1,5 faiz artmışdır. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində       14 faiz, kənd təsərrüfatında 7 faiz artıma nail olunmuşdur.
2019-cu ildə İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, 2019-cu il ərzində iqtisadiyyatın əsas sahələri üzrə ilkin hesablamalara görə 621509.7 min manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir ki, bunun da 128922.5 min manatı və ya 20.8 faizi kənd təsərrüfatı, 351942.3 min manatı və ya 56.6 faizi sənaye, 78909.4 min manatı və ya 12.7 faizi ticarət, ictimai iaşə, 8202.5 min manatı və ya 1.3 faizi nəqliyyat, 52871.1 min manatı və ya 8.5 faizi tikinti, 661.9 min manatı və ya 0.1 faizi rabitə sahələrinin payına düşür.
Sənаyе məhsullаrının istеhsаlı üzrə:
       Rayonumuz  əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir.
      2019-cu ildə  351942.3 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bunun da    96.5 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:
       Rayon iqtisadiyyatının əsas sahələrdən biri kənd təsərrüfatı təşkil edir. Torpağın və əmlakın xüsusi mülkiyyətə verilməsi, torpaq istifadəçilərinin əkiləcək kənd təsərrüfatı bitkilərini özləri müəyyən etmələri bu sahəyə marağın artmasına səbəb olmuş və nəticədə əvvəlki illərə  nisbətən əkin sahələri xeyli genişləndirilmişdir.
       Son illərdə olduğu kimi,t axılçılıq əsas bitkiçilik sahəsi kimi qalmaqdadır. Belə ki, 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında 19038 hektar sahədə taxıl səpini aparılmışdır. Həmin sahənin 6322 hektarı arpa 12716 hektarı isə buğda sahələri təşkil etmişdir.
       2019-cu ildə 176.8 hektar sahədə kartof, 178.0 hektar sahədə tərəvəz, 1411.5 hektar sahədə yonca, 917.6 hektar sahədə şəkər çuğunduru, 7492.3 hektar sahədə pambıq, 5.0 hektar sahədə darı,3.0 hektar sahədə çəltik, 164.0 hektar sahədə dən qarğıdalı,13.0 hektar günə baxan və 255.5 hektar sahədə bostan səpini aparılmışdır.
       Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 ha qış otlaq sahəsinin isə təyinatının əkinə dəyişdirilməsi üçün aidiyyatı qurumlara müraciət edilmişdir..
       Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların təmir-bərpa işləri və genişləndirilməsi davam etdirilmişdir. Belə ki, rayon ərazisində “R-2”, “Gavur arxı”, “Arazyanı”, “MTS”, “Qızılarx” və digər suvarma kanallarında işlər başa çatdırılmışdır.  “Qızıl arx”, “Boztəpə” kanallarında, Qaradonlu, Qaraqaşlı. Otuziki, Oruclu, Murğuzalılı, Yalavac, Bəcirəvan, Mirili, Məzrəli. kəndləri ərazisində olan kanallarda və Şirinqum ərazisində olan suvarma kanallarında lildən təmizləmə işləri davam etdirilir.
Rayonda aparılan abadlıq və quruculuq işləri:
       Rayon ərazisində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi başa çatmış, Rayon Statistika İdarəsinin inzibatı binası əsaslı təmir edilmiş və Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi isə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq  Sərəncamı ilə inşa edilən Muradxanlı kəndində 56 yerlik modul tipli orta məktəb binasının 132 yerlik Aranlı 2 saylı və 624 yerlik Qızılkənd kənd tam orta məktəb binalarının tikintisi başa çataraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 264 yerlik Muradxanlı kənd orta məktəb binasının tikintisi davam etdirilir.
      Bundan əlavə şəhərin Q.Qarayev, C.Cabarlı, Sabir, 28 May, C.Dədəkişiyev küçələrinə asfalt örtük qoyulmuşdur.

Əhalinin sosial müdafiəsi ilə bağlı:
      Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramları uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda              01 yanvar 2020-ci il tarixinə rayonda iqtisadi fəal əhalinin sayı 65.5 min  nəfər olmuşdur ki, onlar da rayon əhalisinin 49.6 faizini təşkil etmişdir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış “DOST İş Mərkəzi” MMC-nin xətti ilə 535 nəfər işə düzəlməkdə çətinlik çəkən rayon sakini işlə təmin edilmişlər. Rayon Məşğulluq Mərkəzinin məlumatına əsasən 01 yanvar 2020-ci il tarixədək 4459 nəfər iş axtaran qeydə alınmışdır ki, bunlarında 1099 nəfəri qadınlardır. Bundan əlavə rayon Məşğulluq Mərkəzi tərəfindən 5 nəfərə hər ay orta hesabla 223.12 manat hesabı ilə müavinət ödənmişdir. Rayon Məşğulluq Mərkəzi işsizlik problemini həll etmək məqsədilə öz  peşə və ixtisasına uyğun iş axtaranlar  üçün əmək yarmakasının keçirilməsini təşkil etmişdir.  2019-ci ilin iyul ayının 23-də belə bir yarmarka keçirilmiş, 46 nəfər müxtəlif xarakterli işlərə göndərilmişdir.
Əmək hаqqı üzrə:
      Əhalinin həyat səviyyəsinə digər amillərlə yanaşı məşğulluğun dəyişməsi və onun əmək bazarına təsiri mühüm rol oynayır.
      Məşğul əhalinin 14667 nəfəri yaxud  23.3 faizi muzdla işləyənlərin payına düşmüşdür. Muzdla işləyənlərin  6174 nəfəri və ya 42.1 faizi maddi istehsal sahəsində, 8493.0 nəfəri və ya 57.9 faizi isə xidmət sahəsində çalışanlar olmuşdur.
      2019-cu ildə iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən işçilərin 15.4 faizi kənd təsərrüfatında, 23,2 faizi sənayedə, 2,3 faizi tikintidə, 4,8 faizi topdan və pərakəndə ticarətdə, 6.0 faizi nəqliyyat və rabitədə, 1,3 faizi icarə və istehlakçılara xidmət göstərilməsində, 1,1 faizi maliyyə fəaliyyətində, 4,6 faizi dövlət idarəetməsində, 27,1 faizi təhsildə, 10,6 faizi səhiyyədə, 3,6 faizi isə kommunal və sosial  xidmətlərdə olmuşdur.
      Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirilən orta aylıq nominal əmək haqqı 2019-ci ildə orta aylıq əmək haqqı  328.4 manat təşkil etmiş və müvafiq dövürlə müqayisədə 0.9 % çox olmuşdur.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:
      2019-ci ildə istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 255 ədəd  müxtəlif gücü 10/0,4 kv-luq transformator cari, 115 ədəd trasformator yarımstansiyası əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Bundan əlavə  rayonun kəndlərinin elektrik təsərrüfatlarında müvafiq təmir işləri aparılmış və əhali fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur,
      Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2019-ci ildə 985 yeni fərdi ev, 13 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Rayonun  39 yaşayış məntəqəsi tam qazlaşdırılması təmin edilmişdir. Bundan əlavə şəhərin bir neçə küçələrində və kəndlərdə fərdi qaztəmizləyici, siyirtmə və digər qurğular  quraşdırılmış, qaz xətlərində isə təmir işləri aparılmışdır.
      İmişli şəhəri su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli Su Təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində tikinti işləri 2011-ci ilin sentyabr ayından həyata keçirilmişdir. Hazırda İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Lakin kanalizasiya sisteminin quraşdırılması işləri yarımçıq qalmış və aidiyyatı qurumlar tərəfindən bu sahədə heç bir tədbir görülməmişdir.
Təhsil sahəsi üzrə:
      İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 2 məktəbdənkənar, 15 dövlət və 2 özəl olmaqla 17 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
     2018-2019-cu tədris ilində XI sinifi bitirən 306 nəfər, əvvəlki illərin məzunlarından isə 39 nəfər ali məktəblərə qəbul olmuşdur. Abituriyentlərdən rayon üzrə 44 nəfər 500-dən yuxarı bal, 10 nəfər isə 600-dən yuxarı bal toplamışlar.
     Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 41-ə yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Bundan əlavə  İmişli şəhər 7 saylı, Yalavac, Axıcanlı, Kürdmahmudlu və Qaravəlili kənd tam orta məktəb binalarının tikintisi və ya əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur.
Səhiyyə sahəsi üzrə:
     Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və             1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 74 nəfər həkim və 352 nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 82 nəfər həkimə ciddi tələbat vardır. 2019-cu ildə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
     2019-cu il ərzində 1509 uşaq doğulmuşdur ki, onların da 98,7 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.
     Əhalinin müainəsi üçün 24 Epid briqadası yaradılmış, həmin briqadalar  vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılmış və bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
      Rayonda  şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər. 
     Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 50 xəstə müalicə alır.
Mədəniyyət sahəsi üzrə:
     Dövlət siyasətinin əsas prioritetlərindən biri də mədəniyyət ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunub saxlanılmasından ibarətdir. Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəliyinə  Heydər Əliyev Mərkəzi,  Mədəniyyət Mərkəzi,  Tarix Diyarşünaslıq Muzeyi,  Dövlət Rəsm Qalareyası,  Mərkəzi kitabxana sistemi, 2 şəhər kitabxanası, 40 kənd kitabxana filialı,            4 mədəniyyət evi, 1 şəhər klubu, 26 kənd kulubu, Uşaq incəsənət və  Uşaq Musiqi məktəbi daxildir.
     Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Bunda əlavə İmişli şəhər Uşaq İncəsənət məktəbinin əsaslı təmiri işləri başa çatmışdır.
Gənclər və idman sahəsi üzrə:
     Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. 2019-cu il ərzində İdman və Gənclər İdarəsi tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilmişdir.   “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilmişdir.
Rabitə xidməti üzrə:
     2019-cu ildə rayon üzrə 400 abonentə telefon xətti çəkilmişdir. Rayon üzrə ümumi genişzolaqlı internet istifadəçilərinin sayı 4506 nəfərə çatdırılmışdır. Yeni Bəhrəmtəpə qəsəbəsində məcburi köçkünlər yaşayan ərazidə yeni telefon xəttinin çəkilməsi və Çaxırlı, Oruclu, Ağaməmmədli, Hacırüstəmli, Cavadxanlı, Yuxarı Qaralar kəndlərində EATS-lərin tikintisi nəzərdə tutulmuşdur.
Hüquq-mühаfizə sаhəsində аpаrılаn işlər:
      2019-cu ildə rаyоndа cinаyətkаrlığa qarşı mübarizə, hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması sаhəsində hüquq mühаfizə və digər аidiyyatı оrqаnlаr əlаqəli iş аpаrmışlаr.
     İmişli rayonu ərazisində 2019-cu ildə 187 cinayət hadisəsi qeydə alınmışdır. Rayon ərazisində qeydə alınmış cinayət hadisələrinin sayı 2018-ci illə müqayisədə 33 fakt  və ya 17.6 faiz az qeydə alınmışdır. Qeydə alınmış
     Cinayət hadisələri xarakterinə görə təhlil edildikdə müəyyən edilmişdir ki, onların 67-si böyük ictimai təhlükə törətməyən, 94-ü az ağır, 26-i isə ağır və ya xüsusilə ağır cinayət faktları olmuşdur.
     2019-cu ildə rayon ərazisində 3 qəsdən adam öldürmə, 1 quldurluq, 1 adam oğurluğu, 1 qaçaqmalçılıq və 3 məcburi əmək hadisələri qeydə alınmışdır.
     2019-cu ildə gənclərin həqiqi hərbi хidmətə çаğırılmаsı və hərbi çаğırışın mütəşəkkil kеçirilməsi ilə əlаqədаr RİH başçısı tərəfindən хüsusi sərəncаmlаr vеrilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rаyоn şöbəsi, Rаyоn İcrа Hаkimiyyəti bаşçısının inzibati ərаzi dаirələri üzrə nümаyəndələrinin və rayon Polis Şöbəsinin birgə fəaliyyəti nəticəsində hərbi xidmətə çаğırışın müəyyən еdilmiş nоrmаyа uyğun həyata kеçirilməsi təmin еdilmişdir.

 

 

 

 

 

 


Oxunma sayı: 7129

Oxşar yazılar