Türkiyə çempionatında it meydana girərək oyunu dayandırdı - VİDEO

  • 18 Fev - 2020

Futbol üzrə Türkiyə I liqasının XXII turunda keçirilən "Fatih Karagümrük" - "Giresunspor" oyununda maraqlı hadisə baş verib.

"Report" "NTV"yə istinadən xəbər verir ki, matçın gedişində meydana daxil olan it oyunun dayanmasına səbəb olub.

Meydan sahiblərinin futbolçusu cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən topa yaxınlaşan it onunla oynamağa başlayıb. Bir müddət topu heç kimə vermək istəməyən "dəvətsiz qonağ"ı futbolçular aldadaraq meydandan çıxarsalar da, o, yenidən geri qayıdıb. Bu dəfə "Fatih Karagümrük" klubunun kapitanı iti qucağına alaraq meydanın kənarına aparıb. Üçüncü dəfə meydana daxil olan it sonda mühafizəçilər tərəfindən oradan uzaqlaşdırılıb.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


cYb4V-JdZN8

Oxunma sayı: 2784

Oxşar yazılar