“Qalatasaray”ın sabiq futbolçusu öldü

  • 18:00 - 18 Fevral

Türkiyə millisinin sabiq futbolçusu Mustafa Yücedağ dünyasını dəyişib.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.

54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə "Qalatasaray"ın, ardından bir il də "Fənərbağça"nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində "Qalatasaray"da köməkçi məşqçi vəzifəsini də icra edib.


Oxunma sayı: 5963

Oxşar yazılar