Şəmkirdə baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

  • 23:33 - 16 Fevral

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Avropa.info apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Təfərrüatlar araşdırılır.


Oxunma sayı: 2641

Oxşar yazılar