Günəşlidə 32 yaşlı qadın bıçaqlandı

  • 23:15 - 16 Fevral

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Avropa.info report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci təvəllüdlü Əliyeva Gülnar Qabil qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı onun bədənində çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları aşkarlanıb.

Yaralı dərhal əməliyyat olunub, vəziyyəti ağırdır. 

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır. 


Oxunma sayı: 5017

Oxşar yazılar