Kürdəmirdə avtomobil traktora çırpıldı, sürücü yaralandı

  • 21:30 - 16 Fevral

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info report-a istindən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, sürücü, Bərdə rayon sakini 1982-ci il təvəllüdlü Muradov Sənan Qabil oğlu idarə etdiyi “Mercedes” markalı avtomaşınla Gəncə şəhəri istiqamətində hərəkətdə olarkən onun qarşısında hərəkətdə olan Kürdəmir rayon sakini, 1996-cı il təvəllüdlü sürücü Dadaşov Bəymurad Sırac oğlunun idarə etdiyi traktora çırpılıb.

 

 

Zərbənin gücündən traktor yoldan çıxaraq aşıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan traktorun sürücüsü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəzaya səbəb “Mercedes” markalı nəqliyyat vasitəsinin sürətlə hərəkət etməsi göstərilir. Faktla bağlı araşdırma aparılır. 

 

 


 


Oxunma sayı: 4929

Oxşar yazılar