İranda daha bir güclü zəlzələ olub

  • 16 Fev - 2020

Bu gün İranın cənubunda 5,7 maqnitudalı zəlzələ olub. 

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. 

Yerli vaxtla saat 12.30 radələrində baş verən zəlzələnin ocağı Bəndər-Abbas şəhərindən 48 km qərbdə, 47 km dərinlikdə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.  

*** 

saat 10.56 

İranda Azərbaycanla sərhəddə yerləşən Ərdəbil əyalətində zəlzələ baş verib. 

APA-nın məlumatına görə, yerli vaxtla saat 01:15-də Ərdəbil əyalətinin Səreyn bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. 

Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib. 

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 


Oxunma sayı: 1629

Oxşar yazılar