Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

  • 18:18 - 16 Fevral

Səbail Rayon Polis İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Bakı Şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən - 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq,285 qram küstar üsülla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunan 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram kustar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Oxunma sayı: 5479

Oxşar yazılar