BŞBPİ: MSK-nın binası önünə toplaşmağa cəhdin qarşısı alınıb

  • 17:43 - 16 Fevral

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsindən Avropa.info-ya verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.

Bu zaman  ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

 


Oxunma sayı: 7800

Oxşar yazılar