Qubada bələdiyyə sədrinin evi yandı

  • 15:52 - 16 Fevral

Qubada yanğın baş verib. 

Hadisə rayonun Yerfi kəndində qeydə alınıb. 

Yerfi kənd məktəbində müəllim işləyən Həsənov Mübariz Oqtay oğluna və Yerffi kənd bələdiyyəsinin sədri Həsənov Əbülfət Oktay oğluna məxsus bir-birinə bitişik evlər yanıb. Hadisə yerinə FHN-in Quba rayon Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib. Sakinlər yanğınsöndürənlərin gec çatmasından şikayətləniblər. (report) 

 


Oxunma sayı: 2982

Oxşar yazılar