Lənkəranda usta ehtiyatsızlıqdan ölüb

  • 15:18 - 16 Fevral

Lənkəran şəhərində 62 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq dünyasını dəyişib. 

APA-nın verdiyi məlumata görə, dünən axşam saatlarında şəhər sakini 1958-ci il təvəllüdlü Nəhmət Sərəng oğlu Məmmədov usta kimi çalışdığı evin hasarında qaynaq işi görərkən yüksəklikdən yıxılıb. 

N. Məmmədov kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq. O, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. 



Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3488

Oxşar yazılar