Nigeriyada silahlılar kəndlərə hücum ediblər, çox sayda ölən var

  • 13:48 - 16 Fevral

Nigeriyanın Katsina ştatında bir qrup silahlı kəndlərə hücum edib.

Silahlı hücum nəticəsində azı 30 nəfər həlak olub. Həlak olanların əksəriyyətinin qadınlar və uşaqlar olduğu bildirilir.

Məlumata əsasən, hazırda hücuma məruz qalan kəndlər təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qorunur.


Oxunma sayı: 4940

Oxşar yazılar